Keçən ilin son rübündə hosting xidmətləri ilə bağlı qısa bir müddətdə çətinlik yaranmşdı. Bundan sonra qərara aldıq ki serverlərin təhlükəsizliyini artıraq. İlk öncə ddos hücumların qarşısının alınması öhdəliyini qarşımıza vəzifə kimi qoyduq. Artıq istifadə olunan və satılan hostinglərdə "DDOS Protection" mühafizə sistemi qurulub. Həmçinində qeyd edək ki Ölkəmizdə fəailiyyət göstərən server-hosting şirkətlərinin 96%-də belə bir müdafiə yoxdur. Bu sistemin saxlanılması xərcləri müəyyən qədər çoxdur. Bunu nəzərə alaraq tariflərdə müştəriləri narahat edə biləcək səviyyətə olmamaq şərti ilə bəzi dəyişikliklər etmişik.